Gömrük Brokerləri Assosiasiyalarının Beynəlxalq
Federasiyası (GBABF – IFCBA) gömrük siyasətinin
və təcrübəsinin qlobal əsaslarda təkmilləşdirilməsi
üzərində işləyir. Bu təkmilləşdirmələrdən həm
gömrük brokerləri, həm də onların müştəriləri
faydalanır. Beynəlxalq ticarətin iştirakçıları gömrük
brokerlərinin işindən asılıdır və GBABF gömrük
brokerlərini beynəlxalq ticarət sisteminin mərkəzində
saxlamaqla onlara xidmət edir. IFCBA elektron
poçt xidməti üzv təşkilatları dünyanın ən son
ticarət yenilikləri barədə daim məlumatlandırır.

Daha geniş məlumat üçün www.ifcba.org

GBL Group Yük Ekspeditorları Assosiasiyalarının
Beynəlxalq Federasiyasının (FIATA) üzvüdür.
FIATA bütün dünya üzrə logistika və nəqliyyat-ekspeditor
şirkətlərini və onların assosiasiyalarını birləşdirən,
sahənin maraqlarını təmsil edən, təşviq və müdafiə
edən, daşıma ilə məşğul olan beynəlxalq orqanların
iclaslarında məsləhətçi və ya ekspert qismində
iştirak edən bir təşkilatdır.

Daha ətraflı məlumat üçün   www.fiata.com