Şirkət

GBL Group gömrük rəsmiləşdirilməsi və beynəlxalq ekspeditor xidmətləri təklif edir və Gömrük Brokerləri Assosiasiyalarının Beynəlxalq Federasiyasının (IFCBA), Ekspeditorlar Assosiasiyalarının Beynəlxalq Federasiyasının (FIATA) və Azərbaycan Gömrük Brokeri Şirkətlərinin Assosiasiyasının üzvüdür.

Komanda üzvlərimiz iqtisadiyyatın müxtəlif sahələrində idxal – ixrac, biznesin inkişafı üzrə 10 ildən çox təcrübəyə malikdir. Gömrük brokerlərimiz (bəyannaməçilərimiz) Dövlət Gömrük Komitəsinin tərəfindən təşkil olunan imtahanı uğurla keçmişlər və müvafiq attestata malikdirlər.

H.Əliyev adına Beynəlxalq Hava Limanında (Hava Nəqliyyatında Baş Gömrük İdarəsi), Bakı Baş Gömrük İdarəsində (İpək Yolu terminalı), Sumqayıt Kimya və Sənaye Parkında ofislərimiz fəaliyyət göstərir və texniki bazamız yükləmə - boşaltma əməliyyatlarını vaxtında həyata keçirməyə imkan verir.